Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:41

NATO Pakistana yardım vəd edib


Pakistanda leysan yağışlarının davam eləməsi xilasedici əməliyyatları daha da çətinləşdirib.

Rəsmilər Sind əyalətində vəziyyətin gərgin olduğunu deyirlər.

Sinoptiklər leysan yaşığlarının hələ bir neçə gün davam edəcəyini xəbərdarlıq ediblər.

NATO Pakistana hümanitar yardım göstərəcəyini bəyan edib.

Ölkənin baş naziri Yusif Rza Gilani bundan əvvəl beynəlxalq aləmi Pakistana yardım etməyə çağırmışdı.

Son məlumatlara görə ölkədə baş vermiş daşqınlarda azı 1600 adam ölüb, təxminən 15 milyon adama ziyan dəyib, 250 mindən çox ev dağılıb.

Birləşmiş Ştatlar Pakistana 35 milyon dollar yardım ayırıb.
Həmçinin Avstraliya İslamabada 9 milyondan çox yardım ayırmağa hazır olduğunu bəyan edib.
XS
SM
MD
LG