Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:52

Xanım Obamanın 4 günlük «şəxsi səfəri»


ABŞ-ın birinci xanımı Mişel Obama
ABŞ-ın birinci xanımı Mişel Obama
Barak Obama Çikaqoda öz yoldaşlarıyla 49 yaşını qeyd edəndə xanımı Mişel Obama 9 yaşlarında olan qızı Saşayla İspaniyada istirahət edirdi. Ağ Ev Obama ailəsinin dostlarının da qoşulduğu bu səfəri dörd günlük «şəxsi səfər» kimi təsvir edir.

BİRİNCİ XANIMLARIN HƏYATI ŞƏXSİ HƏYAT SAYILMIR


Əlbəttə ki, heç bir birinci xanımının həyatı həqiqətən şəxsi sayılmır və artıq Mişel Obamanın xarici ölkədəki gəzintisi ətrafında çoxlu söz-söhbət gəzir.

Foxs Nyus məlumat verir ki, birinci xanımın səyahətindən əvvəl ABŞ-ın Dövlət Departamenti İspaniyaya səfər edən afro-amerikalılara xəbərdarlıq edib ki, «irqçi mənfi rəylər onların həbsinə səbəb ola bilər». Bu sözlər Mişel Obamanın səfərindən azacıq əvvəl, birinci gün Dövlət Departamentinin saytından yığışdırılıb. Birinci xanım isə bundan sonra - üçüncü gün İspaniyaya səyahətə gedib.

MİŞEL OBAMANI BAHALI SƏFƏRİNƏ GÖRƏ TƏNQİD EDİRLƏR
Mişel Obamanı bahalı oteldə istirahət etdiyinə görə tənqid edirlər


Hələ ki, böyük ictimaiyyət səfərin görüntüsünə və qiymətinə diqqət ayırır. «New York Daily News»un yazarı Andrea Tantaros Mişeli belə bir məzuniyyətinə görə tənqid edib ki, ölkənin iqtisadi problemlərlə üzləşdiyi vaxtda belə bir bahalı səfərə çıxıb. Obama ailəsi və dostları dünyanın ilk onluğunda olan dəbdəbəli Villa Padierna otelində qalır.

Hotelin bir gecəsinin qiyməti 500-dən 2500 dollara qədərdir. Amma məlum deyil ki, bu otel təsadüfən seçilib, yoxsa təhlükəsizlik xidməti müdafiə imkanları prizmasından bu otelə üstünlük verib?

XANIM OBAMA XƏRCLƏRİNİ ÖZÜ ÖDƏYƏCƏK

Ağ Evin sözçüsü Robert Gibbs jurnalistlərə bildirib ki, birinci xanım onunla gedən dostları kimi xərclərini özü ödəyəcək. Amma başlıca xərclərin kiçik bir hissəsi təhlükəsizlik xidmətinin saxlanmasını əhatə edir. Bildirilib ki, xanım Obama vergi ödəyicilərin hesabına maliyyələşən təyyarə ilə uçub.

BİRİNCİ XANIMIN SƏKKİZİNCİ MƏZUNİYYƏTİ

Çikaqonun «Sun Times» qəzeti yazır ki, Mişel Obama bu yay
səkkizinci məzuniyyətini götürür. Çətin ki o, həyat yoldaşı olmadan tətilə gedən ilk birinci xanımdır.

2007-ci ildə Laura Buş iki qızıyla Afrikaya səyahət etmişdi. O vaxt onun səyahəti rəsmi səfər sayılmışdı, çünki səyahət «menyu»suna bir neçə ictimai əhəmiyyətli tədbir də salınmışdı.

Tərcümə etdi: Səadət Akifqızı

Mənbə: Yahoo-news

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG