Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 22:47

Rusiya prezidenti Abxaziyaya gedib


Rusiya prezidenti Dimitri Medvedev bazar günü Gürcüstanın seperatçı bölgəsi Abxaziyaya gedib.

O, Suximidə birtərəfli qaydada müstəqilliyini elan eləmiş Abxaziya prezidenti Sergey Bağapşla görüşüb.

Medvedev Moskvanın Abxaziya ilə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığı daha da inkişaf etdirəcəyini vəd edib.

Bu gün Rusiya-Gürcüstan müharibəsinin düz iki ili tamam olur.
Rusiya 2008-ci il avqustun 8-də, Cənubi Osetiya münaqişəsinə görə Gürcüstana ordu yeritdi və bundan sonra onun separatçı bölgələri Abxaziya ilə Cənubi Osetiyanı müstəqil dövlət kimi tanıdı.

İndiyədək bu bölgələrin müstəqilliyini cəmi bir neçə ölkə tanıyıb.
Qərb Rusiyanın bu addımını ittiham edir.
XS
SM
MD
LG