Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:56

Bakı-Quba yolunda ölümlə nəticələnən qəza baş verib


Dünən Bakı-Quba yolunun 159-cu km-də ölümlə nəticələnən yol qəzası baş verib.

Bakıya doğru hərəkət edən “Mercedes C220” markalı avtomobil Birinci Nügədi kəndinin yaxınlığında ağaca çırpılıb.

Nəticədə sürücü ölüb.
O, Quba rayon mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib.

ANS-in məlumatına görə, hadisə dünən saat 23:10 radələrində baş verib.

Araşdırma zamanı bəlli olub ki, ölən

Abşeron rayonu Masazır kənd sakini Naib Naibovdur.
Faktla bağlı cinayət işi açılıb.
XS
SM
MD
LG