Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:20

Moskvada hava mümkün həddən 6 dəfə çox çirklənib


Rusiya Fövqəladə Hallar Nazirliyinin son məlumatına görə, hazırda müşə yanğınları 176 min hekdardan bir qədər artıq ərazini əhatə edir.

Bu dünən göstərildiyindən bir qədər azdır.

Rusiyanın səhiyyə rəsmiləri ölkə paytaxtı Moskvada havanın çirklənməsinin mümkün həddən 6 dəfə çox olduğunu deyirlər.

Şəhərin üzərinə qatı tüstü çöküb.

Tüstü ev və ofislərə dolduğundan insanlar maska taxırlar.

Tüsdüyə görə Moskvanın hava limanlarında fasilələr yaranıb.

Sinoptiklər isti hava şəraitinin hələ bir neçə gün davam edəcəyini deyirlər.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qərb regionu başda olmaqla hazırda ölkədə təxminən 600 ayrı-ayrı meşə yanğını müşahidə olunur.

XS
SM
MD
LG