Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:41

76 il əvvəl gələcək Bakını necə təsəvvür edirdilər?


Azerbaijan - Communist newspaper about future of Baku
Azerbaijan - Communist newspaper about future of Baku
«Gənc işçi» qəzetinin 1934 –cü il 4 yanvar tarixli sayında gələcək Bakı haqqında məqalə dərc edilib.

«Bakı ən iri industrial Avropa şəhəri olacaqdır. Bütün Abşeron yarımadasının yenidən planlaşdırılması ilə bərabər köhnə Bakının rekonstruksiyası və yeni Bakı inşası sxemaları tərtib edilir. Neft hasilatının olduqca artırılması, yeni metal və neft emalı müəssisələrinin inşa edilməsi ilə əlaqədar olaraq, yaxın 10-12 il ərzində Abşeron yarımadasının əhalisi təxminən 2 dəfə artacaqdır.

«ƏHALİNİN MİQDARI 750 – 800 MİNƏ ÇATACAQ»

Abşeronda yeni 5 ədəd sosializm zavodunun inşa edilməsi ilə Bakı şəhəri dəxi olduqca inkişaf edəcək və ən yaxın gələcəkdə ən iri industrial Avropa şəhərlərindən biri olacaqdır.

Hazırki Bakının rekonstruksiyası proyekti yerinə yetirildikdə əhalinin miqdarı 750 – 800 minə çatacaqdır. Yaşayış kvartalları şimal və şimali qərb cəhətlərdə tikiləcəkdir. Əhmədlidə tamamilə yeni rayon qurulacaqdır.

Böyük Bakının mərkəzində iri bir meydança tikiləcəkdir. Bu meydanın bir tərəfində şuralar sarayı və bədən tərbiyə sarayı, digər tərəfində isə elm və texnika evi olacaqdır.

Bədən tərbiyə sarayında şəhər stadiyonu tikiləcəkdir.

«BÖYÜK BULVAR TİKİLƏCƏK»


Saraylar meydanından hazırki Bolşoy Morsqoy və Qrasniy Armeysqi küçələrində geniş şəhər caddəsi çəkiləcək, bu caddə şəhərin mərkəzini xəzər dənizi sahili ilə birləşdirəcəkdir.

Mərkəzi vağzaldan şəhərin dağlıq hissəsinə qədər böyük bulvar tikiləcəkdir. Bu bulvarın kənarı bitgi, ictimai və yaşayış evləri ilə əhatə olunacaqdır. Burada böyük bədaye teatrosu, milli teatro və bir sıra mədəni maarif və tamaşa müəssisələri qurulacaqdır».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG