Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:28

«Naxçıvanda hətta Allahı görmək olar, Vasif Talıbovu yox…»


Sərdar Cəlaloğlu
Bunu «Panorama» verilişində ADP sədri Sərdar Cəlaloğlu deyib.

«Yeni Müsavat» qəzetinin bölgə müxbiri Həkimeldostu Mehdiyev isə deyir ki, Naxçıvanda jurnalistlər səhər evdən çıxanda, axşam evə qayıdıb-qayıtmayacaqlarını bilmirlər.

SƏRDAR CƏLALOĞLU:

«İki həftə əvvəl öz maşınımla Naxçıvana getmişdim. Əlyabad kəndində bir benzindoldurma məntəqəsində maşınıma benzin vurmaq istədim. Ora camaat arasında «Məhərrəmin benzindoldurma məntəqəsi» deyilir. Aldığım məlumata görə, bu Məhərrəm də Vasif Talıbovun qardaşıdır. Orada 93 markalı benzini 70 qəpiyə, 95 markalı benzin isə təqribən 1 manata satılırdı. Bunun səbəbini soruşdum, dedilər ki, bu benzin «Super» benzindir. Qayıtdım ki, bəs bu «Super» benzindən Bakıda niyə satmırlar, yoxsa o, ancaq Naxçıvanda istehsal olunur? Camaatı niyə aldadırsınız? Dedilər ki, get hara şikayət edirsən et, vecimizə deyil. Naxçıvanda necə gəldi qiymət qoyulması siyasətinin arxasında insanların hüquqlarını, haqlarını əllərindən almaq durur. İndi küçə ticarətinə qadağa qoyublar. Guya sanitar qaydalara riayət edirlər. Ancaq vətəndaş həyətində saxladığı inəyin südünü harada satmalıdır? Bazara gedib 2-3 litr süddən ötrü yer haqqı ödəyə bilməz.
Həkimeldostu Mehdiyev
Deməli, onda dövlət vətəndaşlardan malını almalıdır. Naxçıvanda isə buna etiraz edən qatıq, süd satanları ruhi xəstəxanalara salmaq yolunu tutublar...».

HƏKİMELDOSTU MEHDİYEV:

«Naxçıvanda təkcə küçə ticarəti qadağan edilməyib. İndi Naxçıvana Türkiyədən, İrandan 2 kiloqram da kartof, soğan gətirmək mümkün deyil. Hamısını öz monopoliyalarına alıblar. Azərbaycanın başqa əyalətlərində ən keyfiyyətli unun kisəsi 14 manatdır. Naxçıvanda isə keyfiyyətsiz unun bir kisəsini 30 manatdan ucuz almaq mümkün deyil. Qarşıdan parlament seçkiləri gəlir, ancaq əhali kimlərin seçiləcəyini əvvəlcədən bilir. Azərbaycan parlamentinə seçkiləri bir yana qoyun, Naxçıvan Ali Məclisinə seçkilərdə özbaşınalıqlar baş alıb gedir. Komissiyalarda bir nəfər belə müxalifətçi yoxdur. Dinəni də tutub ruhi xəstəxanaya salırlar. Biz mətbuat işçilərinin vəziyyəti daha ağırdır. Səhər evdən çıxanda, axşam evə dönüb-dönməyəcəyimizi bilmirik. Bir neçə jurnalist qərara almışıq ki, çıxıb ölkədən birdəfəlik gedək…».

Şərhləri göstər

XS
SM
MD
LG