Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:57

Bakıdan Moskvaya aviareyslər bərpa edildi


Rusiyadakı meşə yanğınlarının Moskva aeroportlarında yaratdığı vəziyyətlə əlaqədar Bakıdan-Moskvaya və əks istiqamətdə təxirə salınan aviareyslər avqustun 7-si günorta saatlarına bərpa edilib.

Bu barədə AzadlıqRadiosuna «AzAL» Dövlət Konserninin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.

«Bakı vaxtı ilə 7:30 və 10:40-da Moskvadan Bakıya, səhər saat 8-9 radələrində isə Bakıdan Moskvaya uçmalı olan təyyarələr saat 13:00-də yola düşüblər».

Moskva ətrafında baş verən meşə yanğınları nəticəsində yaranan qatı tüstü Moskva aeroportlarının işinə maneçilik törədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG