Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:49

ABŞ elm və texnikada birinciliyi əldən verir


«I-Fairy» robotu yapon toyunda şahid kimi iştirak edir, 16 may 2010
«I-Fairy» robotu yapon toyunda şahid kimi iştirak edir, 16 may 2010
Son yarım əsrdə Amerika iqtisadiyyatının inkişafının əsas səbəbkarı elm və texnika olub. Ancaq tədricən o, bu sahədəki birinciliyini əldən verir və liderlik Asiyanın yeni super dövlətlərinə keçir. Az vaxtdan sonra dünya üzrə alimlərin və mühəndislərin 90 faizi Asiyada yaşayacaq.

Bunu yazan «Science» jurnalı həyəcan təbili çalır. İndinin özündə də Asiya ölkələri daha çox alim və mühəndis hazırlayırlar.

2002-ci ildə dünya mühəndislərinin 50 faizindən çoxu Asiyadakı universitetlərin məzunu olublar. Təkcə Çində mühəndislik ixtisasları üzrə Amerikadakından 3 dəfə çox tələbə yetişdirilib. Tayvan, Cənubi Koreya və Yaponiya da mühəndis hazırlayan qabaqcıl ölkələrdir. ABŞ hökumətinin elmi tədqiqatlara və təhsilə ayırdığı vəsaitin həcmi azaldığı halda, Çin və Cənubi Koreya kimi Asiya ölkələrində tədqiqatlara büdcə ayırmaları hər il orta hesabla 10 faiz artır.

Nüfuzlu elmi-tədqiqat jurnallarında elmi məqalələrin dərcində də ABŞ Asiya ölkələrindən geridə qalır. 1995-2005-ci illərdə asiyalıların dərc etdirdikləri elmi məqalələr 6.6 faiz artıb, amerikalılarda bu artım 0.6 faiz təşkil edib. Nəticədə dünya üzrə dərc olunan elmi məqalələrdə ABŞ-ın payı 34 faizdən 29 faizə enib, Asiyanın payı isə
Çində Milli Robot Müsabiqəsi, 20 iyul 2010
13 faizdən 20 faizə qalxıb.

ABŞ ixtiraçılarının patent idarələrinə müraciətləri də azalaraq, 2005-ci ildə 55 faizdən 53 faizə enib. Bu azalmaya səbəb Asiyada ixtiraçıların çoxalması və nəticə etibarilə, Asiyadan daha çox müraciətin daxil olmasıdır.

Asiyanın əhalisinin ABŞ-dan qat-qat çox olması onun əsas üstünlüklərindən biridir. 20-ci əsrin sonlarında elmi-texniki fəaliyyətin 35-45 faizi ABŞ-ın payına düşürdü. Lakin dünya əhalisinin sadəcə 5 faizi ilə (Amerikada məhz bu qədər əhali yaşayır) bu üstünlüyü saxlamaq mümkün deyildi. Xüsusilə də, əhalisi milyarddan çox olan Çin və Hindistan kimi ölkələrdə ali təhsilə yatırımın durmadan artdığı bir vaxtda.

Harvard Universitetinin professoru Riçard Friman yazır ki, dünyada amerikalı alim və mühəndislərin faiz nisbəti azalsa da, ABŞ daxilində bu peşə sahiblərinin qıtlığı hiss olunmur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG