Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:24

Sarkozinin roma sığınacaqlarını təmizləmə tapşırığı icra olunur


Fransa polisi avqustun 6-da roma azlıqlarının məkunlaşdıqları qanunsuz sığınacaqların təmizlənməsi barədə prezident Nikola Sarkozinin tapşırığının icrasına başlayıb.

Polis həmin sığınacaqların yerləşdiyi Saint Etienne şəhərinin mərkəzinə girişi qadağan edib, insan haqları fəalları və jurnalistlərin də romaları oradan çıxarma prosesini izləməsinə imkan verməyib.

Romaların hüquqlarını müdafiə təşkilatları sığınacaqlardan 100-dən çox adamın çıxarıldığını bildirir.

Keçən ay ölkənin başqa bir regionunda romalar polislə toqquşandan sonra prezident Sarkozi göstəriş verib ki, təhlükəsizliyin təmin edilməsi üçün sərt tədbirlər görülsün. Prezident üç ay ərzində romaların məskunlaşdığı 300 sığınacağın ləğv edilməsinə göstəriş verib.
XS
SM
MD
LG