Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:12

Musiqiçi Haitidə prezidentliyə namizəd oldu


Haiti-Amerikan musiqiçisi 40 yaşlı Wyclef Jean zəlzələdən dağılmış Haitidə prezidentliyə namizədliyini qeydə verib.

Seçki noyabrın 28-də keçiriləcək. Müşahidəçilər deyirlər ki, Haitidə onu bir musiqiçi kimi çox sevirlər və qurduğu ölkəyə yardım fonduna görə daha məşhurlaşıb.

Jean Haitidə doğulsa da uçaqlığını New York və New Cersidə keçirib, ABŞ-da böyüyüb.

Bu seçkini udan namizəd zəlzələdn dağılmış ölkənin bərpasə verilən milyardlarla dollar xarici yardımların xərclənməsinə nəzarət edəcək.

Bu il yanvarın 12-də baş vermiş zəlzələdə 300 min nəfərə yaxın adam həlak olub, minlərlə bina dağılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG