Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:09

Polşanın yeni prezidenti and içib işə başladı


Polşanın yeni seçilən prezidenti Bronislav Komorvski avqustun 6-da prezident kimi and içərək fəaliyyətə başlayıb.

Əvvəlki prezident Lex Kaçinski bu ilin aprelində xanımı və 100-ə yaxın yüksək vəzifəli dövlət məmuru ilə birlikdə Rusiya ərazisində təyyarə qəzasında həlak olub.

Həmin qəzadan əvvəl parlamentin spikeri olmuş Komorovski isə keçən ay keçirilmiş seçkidə keçmiş prezidentin qardaşı Yaroslav Kaçinskiyə qalib gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG