Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

Pakistanda seldən zərər çəkənlərin sayı 12 milyon nəfərə çatır


Pakistanda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu gün bildiriblər ki, ölkə tarixində ən faciəli sel fəlakətindən 12 milyon adam zərər çəkib. Rəsmilər deyirlər ki, hələlik ölkənin şimal-şərq əyalətlərində vəziyyəti öyrənə biliblər. Cənub əyalətlərində durum haqqında ətraflı məlumatları yoxdur.

Güclü qasırğadan sonra İndus çayı danıb. Buna görə qarşıdakı 48 saat ərzində Pakistanın Sindh əyalətində daşqınlar gözlənir.

ABŞ Pakistana 35 milyon dollarlıq yardım vəd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG