Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:20

Xəzərdə monitorinq aparılıb


Xəzər dənizinin Şüvəlan ərazisində müşahidə olunmuş mazutabənzər ləkələrlə bağlı monitorinq keçirilib.

Bu barədə məlumat yayan Ekologiya və Təbii Sərvətlər Nazirliyi xəbər verir ki, bu il avqustun 1-də Xəzər dənizinin Şüvəlan ərazisində suda və sahil zolağında xırda, bataqlıq neftini xatırladan bərk mazutabənzər ləkələr müşahidə edilib.

Onlar hesab eləyirlər ki, çirklənmənin sahəsi, sahil zonasında “Dalğa” istirahət mərkəzindən şərq istiqamətə doğru 9 kilometrlik sahilboyu ərazini əhatə edib. Mazutabənzər ləkələrin hərəkəti təxminən 2 saata yaxın davam edib:

«Aparılan ilkin təhlillərə görə çirklənmə mənbəyinin yaxınlıqda lövbərdə dayanmış neft tankerləri olduğu ehtimal olunur və araşdırma davam etdirilir».

Dənizdə çirklənmənin dinamikasını müəyyən etmək məqsədilə çirklənmə ərazisindən su nümunələri götürülüb.

Aparılan analiz-təhlillərin nəticələrinə görə, su nümunələri üzərində neft məhsullarının miqdarının normadan 94 dəfə artıq olduğu müəyyən edilib, amma sonrakı günlərdə çirklənmə səviyyəsi azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG