Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:57
Xirosimada təşkil edilən anım mərasiminə bu il - ilk dəfə olaraq Amerika Birləşmiş Ştatları da qatılıb.

65 il qabaq – avqustun 6-da Amerika təyyarəsi Yaponiyanın Xirosima şəhərinə atom bombası atmışdı.

Anım mərasimi yerli vaxtla səhər saat 8.15-də sülh zəngi ilə başlanıb.

Bomba şəhərə 1945-ci il avqustun 6-da məhz həmin vaxt atılmışdı.

Xirosima faciəsi zamanı sağ qalan minlərlə insan və dünyanın 75 ölkəsindən nümayəndələr Xirosimadakı Sülh Xatirə Komplesinə toplaşıblar.

Rahiblər təbil çalıb, yerli sakinlər xatirə kompleksinə çiçəklər düzüblər.

Faciədən sağ çıxanlar deyiblər ki,

AMERİKAYA QƏZƏBLƏRİ ÖLƏZİYİB

– indi istədikləri bir şey var – sülh.

İlk dəfə olaraq mərasimdə Fransa və Britaniya da iştirak edib.

BMT-nin baş katibi Ban Ki Mun deyib.

“Nüvə silahlarını ləğv etməyin vaxtı çatıb. Biz bu məsələdə hər yerdə bizimlə həmfikir olan dostlar tapırıq. Güc dövlətlərinin başına yeni liderlər gəlir. BMT-nin Təhlükəsizlik Şurasında bununla bağlı əməkdaşlıq görürük. Mülki cəmiyyətdə yeni enerji hiss edirik”

Xirosima şəhərinin böyük hissəsi nüvə hücumu zamanı dağılmışdı. Şəhər əhalisinin təxminən 40 faizi – 350 mindən 140 mini məhv olmuşdu.

Xirosima hücumdan sonra. 1945-ci ilin sentyabrı
Bunların arasında şüalanmanın törətdiyi xəstəliklərdən - faciədən xeyli sonra ölənlər də var.

Xirosimaya hücumdan 3 gün sonra Amerika Yaponiyanın Naqasaki şəhərinə də atom bombası atmışdı.

2-ci dünya müharibəsində nasist Almaniyasının müttəfiqi olan Yaponiya bu yolla təslim olmağa məcbur edilmişdi.

Nüvə hücumuna məruz qalmış yeganə dövlət olan Yaponiya – müharibə başa çatandan bəri bütün dünya ölkələrini nüvə silahlanmasına son qoymağa çağırır.

Mərasimdə iştirak edən Amerika nümayəndəsi Roos deyib ki, nüvə silahlarının ləğvi indiki ABŞ prezidenti

BARAK OBAMA ÜÇÜN DƏ PRİORİTETDİR

Xirosimada ümid edirlər ki, Obama bombaların atıldığı şəhərlərə səfər edən ilk Amerika prezidenti olacaq.

Obama keçən il özü demişdi ki, prezidentliyi dövründə Xirosima və Naqasakiyə səfər edəcək.

Beynəlxalq Atom Agentliyinin direktoru Yukia Amano isə Vyanada bunları deyib.


“Xirosima və Naqasaki sözləri atom silahının törətmək gücündə olduğu dəhşətlərin sinoniminə çevrilib. Biz əlimizdən gələni etməliyik ki, bir daha belə hadisə baş verməsin”.
Amerika nümayəndəsi Con Roos mərasimdə

Yaponiya 1971-ci ildə birtərəfli qaydada atom silahının yaradılması, saxlanması və idxalına qadağa qoyub.

Amma bu yaxınlarda bəzi Yaponiya siyasətçiləri həmin qərara yenidən baxılmasına çağırmışdılar.

Onlar Yaponiyanın qonşuları – Çin və Şimali Koreyadan gələ biləcək nüvə təhlükəsini əsas gətirmişdilər.

Amma belə çağırışlar Yaponiya cəmiyyətində cüzi dəstək qazana bilmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG