Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:35

Medvedev Rusiya milsinin adını dəyişib "polis" qoymaq istəyir


Rusiya prezidenti Dmitri Medvedev Rusiyada milisin inqilabdan əvvəlki kimi "polis" adlandırılmasını istəyir.

Bu barədə Medvedev layihəsi hələlik elan edilməyən hüquq-mühafizə orqanları haqqında qanunun müzakirəsi zamanı bildirib:

- Bizə peşəkar, keyfiyyətli və şərəflə işləyən insanlar lazımdır. İnanıram ki, artıq milisə öz həqiqi adını qaytarmağın – hüquq-mühafizə orqanlarını polis adlandırmağın vaxtıdır.

Rusiyada polis hələ də kommunist dövründə olduğu kimi “militsiya” adlanır.

İtar-Tass agentliyinin məlumatına görə Rusiyada hazırda 1.4 milyon nəfər polis əməkdaşı var. Son bir ildə onlardan 2700 nəfəri müxtəlif cinayətlər ittiham edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG