Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

Pakistan prezidenti Britaniyanın baş naziri ilə görüşür


Pakistanıln prezidenti Asif Əli Zardari avqustun 6-da Londonda Britaniyanın Baş naziri David Kameronla görüşüb. Bu iki ölkə arasında diplomatik gərginliyi azaltmaq üçün bir tədbir hesab olunur.

Keçən həftə Britaniyanın baş naziri David Kameron Hindistanda səfərdə olarkən Pakistanda bəzi qrupların islam terrorizmi ixrac etdiyini, İslamabadın bununla kifayət qədər mübarizə apara bilmədiyini demişdi. Bundan sonra iki ölkə arasında diplomatik gərginlik yaranmışdı.

Bugünkü görüşdə Zardari bildirib ki, o, ölkəsinin terrorizmlə kifayət qədər mübarizə aparmaması barədə Kameronun qeydlərindən nəticə çıxaracaq. O, Britaniyadan Avropa Birliyi və ABŞ bazarlarına çıxamaq üçün Pakistana yardım göstərməyi xahiş etdiklərini deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG