Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:25

ABŞ-la Rusiya birgə hərbi təlim keçirir


ABŞ və Rusiya hərbçiləri hava gəmilərinin qaçırılmasının qarşısının alınmasına dair birgə hərbi təlim keçirməyi planlaşdırıblar. Avqustun 8-ə planlaşdırılan təlimdə hər iki ölkədən döyüş təyyarələri iştirak etməlidir.

Təlim Kanada əraziləri də daxil olmaqla Rusiyanın Uzaq Şərq regionundan Alyaskaya beynəlxalq uçuş zolaqlarında həyata keçirilməlidir.

Rusiya hərbi hava qüvvələrinin məlumatına görə təlim avqustun 14-ə qədər davam edəcək.
XS
SM
MD
LG