Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:34

ABŞ Azərbaycanın terrora qarşı mübarizəsinə qiymət verib


2009-cu il son 5 ildə dünyada ən az terror hadisəsi həyata keçirilən il olub

2009-cu il son 5 ildə dünyada ən az terror hadisəsi həyata keçirilən il olub

2009-cu il xarici terror təşkilatlarına işləyən ABŞ vətəndaşlarının sayının artması ilə əlamətdar olub. ABŞ Dövlət Departamentinin dünyada terrorçuluq haqqında illik hesabatında belə deyilir.

Hesabatda ötən il ərzində terror təşkilatlarının fəaliyyəti və hücumları əks olunub. Dövlət Departamentinin 6 terror idarəsinin koordinatoru Daniel Bencamin hesabatla bağlı bunları deyib:

«Biz ötən ilin göstəricilərindən bir sıra başqa mühüm nəticələri də çıxarmışıq. Amerika vətəndaşlarının Əl-Qaidə ideologiyasına qarşı xüsusi immunitetinin olduğu barədə fərziyyə əhəmiyyətini itirib. Ölkə üzrə radikallaşma bir çox Qərb dövlətlərindəkindən xeyli zəif olsa da, bir sıra böyük cinayət işləri bizi ayıq-sayıq olmağa vadar edir».

Belə böyük cinayət işlərindən biri Əfqanıstanda doğulan və ABŞ-da daimi yaşamaq hüququ qazanan Nəcubulla Zazinin Nyu-York metrosunu partlatmaq planı ilə bağlıdır. O, Pakistanın Vəziristan əyalətində Əl-Qaidənin təlimini görüb. Ondan başqa bu cinayət işi ilə bağlı Səudiyyə Ərəbistanında doğulan ABŞ vətəndaşı Adnan Şukrumcah və yenə Bosniya mənşəli bir ABŞ vətəndaşı həbs olunub.

Başqa bir cinayət işi isə Virciniyada doğulmuş Nidal Malik Həsənin işi ilə bağlıdır. O, noyabrda Texasda hərbi hissədə gülləbaran hadisəsi törətmişdi. Devid Hedli adlı ABŞ vətəndaşı isə 2008-ci ilin sonunda Ləşkəri-Taiba terrorçu qruplaşmasının Bombeydə törətdiyi terror aktlarının hazırlanmasında iştirakda təqsirli bilinmişdi.

Elə bu gün ABŞ-ın baş prokuroru Erik Holder Əl-Qaidə ilə əlaqəsi olan Əl-Şabab terror təşkilatına kömək etdiyinə görə 14 şəxsə, o cümlədən bir neçə ABŞ vətəndaşına qarşı ittiham irəli sürüb:

«Minnesota, Alabama və Kaliforniyada həyata keçirdiyimiz tədbirlər nəticəsində ABŞ-da Əl-Şabab qruplaşmasına maliyyə vəsaiti və döyüşçü göndərən qrupu
ABŞ-da daimi yaşamaq hüququ qazanan Nəcubulla Zazi Nyu-York metrosunu partlatmaq istəyib
üzə çıxarmışıq».

İRAN, SUDAN, KUBA VƏ SURİYA İSƏ TERRORU DƏSTƏKLƏYƏN DÖVLƏTLƏRDİR

Hesabatda göstərilir ki, 2009-cu il son 5 ildə dünyada ən az terror hadisəsi həyata keçirilən il olub. Ötən il 11 min terror aktı baş verib. Buna ən yaxın rəqəm isə 2006-cı ildə olub - 14500. Terrordan ölənlərin sayı da son 4 ildə ən az 2009-cu ildə olub. 15 mindən az.

Milli Antiterror Mərkəzinin direktor müavin Rass Travers deyir ki, bu rəqəmlərdə azalma terrorçuluğa qarşı mübarizədə uğur kimi şərh olunmamalıdır. Məsələn, ötən il Əfqanıstanda 2005-ci ildəkindən 4 dəfə çox terror aktı törədilib. Hesabatda o da deyilir ki, Əl-Qaidənin Pakistandakı özəyi dünyada Amerikanı təhdid edən ən güclü terror qrupudur.

Sənəddə deyilir ki, İran Livanda Fələstində, İraqda və Əfqanıstanda terrorçu təşkilatları xüsusi fəallıqla dəstəkləyir.

AZƏRBAYCAN TERRORA QARŞI FƏAL MÜBARİZƏ APARIR

Hesabatın Azərbaycanla bağlı hissəsində deyilir ki, Azərbaycan adamları, pul və materialları Qafqaz regionundan keçirmək istəyən terrorçu təşkilatlara qarşı fəal mübarizə aparır:

«Ölkə səylərini artırıb və terrorçuların vasitəçilərinin iştirakının azalmasında müəyyən uğurlar əldə edib, onların fəaliyyətinin qarşısını alır. 2009-cu ilin sonlarında Azərbaycan terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair tədbirlərdə məsuliyyətini, həmçinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunun tətbiqi üzrə səylərini artırdığını nümayiş etdirib».

2007-ci ildə MTN 15 nəfər Azərbaycan vətəndaşını həbs edib. Onlar İranla əlaqəsi olan «Mehdi Ordusu» ekstremist təşkilatının üzvləri olublar.
Azərbaycan terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqəsi olan şəxslərin aşkar edilməsini davam etdirir, başqa ölkələrin hüquq-mühafizə orqanları ilə informasiya mübadiləsində iştirak edir, Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinə yardım göstərir.

Hesabatda göstərilir ki, 2007-ci ildə MTN 15 nəfər Azərbaycan vətəndaşını həbs edib. Onlar İranla əlaqəsi olan «Mehdi Ordusu» ekstremist təşkilatının üzvləri olublar. 2009-cu il iyunun 18-də Ağır Cinayət İşləri üzrə Hərbi Məhkəmə leytenant Kamran Əsədovu və onunla əlbir olan 20 nəfəri 2 ildən 15 ilədək həbs cəzasına məhkum edib. Onlar 2007-ci ildə Amerika və Britaniyanın Bakıdakı səfirliklərinə hücum etmək üçün cinayət sövdələşməsində ittiham olunublar.

Oktyabrın 4-də isə məhkəmə iki nəfər Livan vətəndaşı Məhəmməd Əli Karaki və Əli Hüseyn Nəcməddini 15 il, onlarla əlbir olan dörd azərbaycanlını isə 2 ildən 14 ilədək azadlıqdan məhrum edib. Məhkəmə müəyyən edib ki, qrup İsrail səfirliyinə hücum planlaşdırırmış. İstintaq göstərib ki, Karaki və Hüseyn «Hezbolla» ilə əlaqədə olublar.

Oktyabrın 15-də isə iki ayrı məhkəmə prosesində 15 nəfər Azərbaycan vətəndaşı Pakistanda və Əfqanıstanda qanunsuz silahlı qruplaşmalarda iştiraka görə 6 aydan 30 ayadək həbs cəzasına məhkum olunublar.

Noyabrın 4-də isə məhkəməsi 26 nəfəri 2 ildən 15 ilədək azadlıqdan məhrum edib. Onların arasında 23 azərbaycanlı, 2 nəfər Türkiyə və bir Rusiya vətəndaşı olub. Sözügedən şəxslər 2008-ci il avqustun 17-də Bakıdakı Əbubəkr məscidinə hücumda ittiham olunublar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG