Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:02

Nəhəng tikililərin kölgəsində qalan abidələr


Nizami-Puşkin kitabxanası
Nizami-Puşkin kitabxanası
Vəziyyətdən narahat olan şəhər ziyalıları Gəncə rəhbərliyinə müraciət etsə də, tədbir görülməyib.

Gəncə Elmi Mərkəzinin əməkdaşı İrşad Abbasov deyir ki, abidələrin yanında hündür binaların tikilməsi şəhər tarixini məhv edir:

İCRA HAKİMİYYƏTİ: GÖYDƏLƏN TİKİNTİSİ QADAĞAN OLUNSUN


«Hündür mərtəbəlilər tikilərkən abidələrə ziyan dəyməsi barədə şəhər ziyalısı olaraq fikrimizi bildirdik. Sonra Şəhər İcra Hakimiyyəti qərar verdi ki, bu binalar çox hündür olmasın və şəhərin tarixi mərkəzində hündür mərtəbəli binaların tikintisinə qadağan olunsun. Özünə hörmət edən şəxs tarixi abidələrini qorumalıdır. Belə binaların təmir olunması da, tədqiq olunması da çətindir. Bu, xüsusi institutlar tərəfindən təşkil olunmalıdır».

18-ci əsrə aid Uğurlu bəy Karvansarasının yanındakı binanın tikintisi artıq başa çatıb. 1825-ci ildə tikilmiş, hazırda Nizami-Puşkin kitabxanası kimi fəaliyyət göstərən məscid binasının yanındakı binada isə hələ tikinti işləri gedir.

TARİXİ ABİDƏDƏ ÇATLAR ƏMƏLƏ GƏLİB

Gəncə Qalası, 16-cı əsr
Gəncə sakini Musa da deyir ki, yeni göydələnin bünövrəsini qazanda buradakı Uğurlu bəy Karvansarasındakı çatın böyüdünü müşahidə edib:

«Karvansarayda mən tikinti gedəndən sonra görmüşəm ki, yekə çatlar var. Onun ağırlıq qüvvəsi binaya təsir edir. Azərbaycanda köhnə abidələr azdır və onların çoxu o qədər də keyfiyyətli, möhkəm deyil. Bir çoxu şəhərin mərkəzi hissələrində yerləşib. Məsələn, Gəncədə belədir. Hündür binalar tikilərkən nə qədər gözəl olsalar da, onların qədim tikililərə ziyan verib-vermədiyini araşdırmaq lazımdır. Bunları nəzərə almaq lazımdır, yoxsa qədim tikililər məhv olacaq».

TARİXİ YERLƏRDƏ HÜNDÜR BİNA TİKİLMƏYƏCƏK

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin inspektoru Bəxtiyar Muradov da icra başçısının sərəncamını xatırladaraq deyir ki, artıq Gəncədə tarixi yerlərdə hündür bina tikilməyəcək. Dediyinə görə, kitabxana yanındakı binada tikinti işləri getmir.

Amma binanın 12 mərtəbəsi artıq ucaldılıb. Zədələnmiş iki abidənin taleyi barədə Bəxtiyar Muradov bunları deyir:

Çökək hamam, 17-ci əsr
«Uğurlu bəy Karvansarayda təmir gedəcək. O çat da ölçülür. Mədəniyyət Nazirliyinin xətti ilə təmir gedəcək. Abidələrin qorunması üçün xeyirli addımdır. Amma Nizami-Puşkin kitabxanasının yanındakı binanı dayandırıblar, daha tikmirlər. Gəncə qədim şəhərdir, istərdim ki, tarixi abidələrə xələl gəlmədən şəhər qurulsun».

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, memarlıq doktoru Cəfər Qiyasi deyir ki, Azərbaycanda abidələrin və tarixi binaların ətrafında tikinti aparılarkən həmin abidələrin mühafizə zonası nəzərə alınmır:

«Hər bir abidənin mühafizə zonası var. Təəssüflər olsun ki, Azərbaycandakı abidələrin çoxunun mühafizə zonası dəqiqləşdirilməyib. Mühafizə zonasına daxil olmaq olmaz. Burada həm abidənin təhlükəsizliyi təmin olunur. Çox vaxt abidələrə çox yaxın yerdə hündür binalar tikilir ki, bu həm onun fiziki durumuna həm də görünüşünə pis təsir göstərir».

Cəfər Qiyasi deyir ki, mühafizə zonası abidənin təhlükəsizliyi ilə yanaşı, onun görünüş komponentlərini də təmin edir. Yəni abidələr istənilən tərəfdən sərbəst görünməlidir.
XS
SM
MD
LG