Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:51

Həftə sonu hava çox isti olacaq


Həftə sonu hava çox isti olacaq

Yaxın üç gündə Bakıda və Abşeron yarımadasında hava isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata məlumata görə, havanın temperaturu gündüz 37-39, bəzi yerlərdə 41, axşam 28-30 olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 29-30 dərəcə isti olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.

Azərbaycanın rayonlarında isə qarşıdakı üç gün ərzində gündüz 37-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 30-35 dərəcə isti olacaq.

XS
SM
MD
LG