Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:59

Orqan transplantasiyasıyla məşğul olan dəstə tutulub


Ukrayna Daxili İşlər nazirliyi deyir ki, keçmiş Sovet ölkələrindən olan donorların orqanlarının transplantasiyasıyla məşğul olan dəstə həsb olunub. Onların arasında cərrahlar da var. Qrup varlı adamlara orqan transplantasiyası aparırmış.

Daxili İşlər Nazirliyinin İnsan Alveri Departamentinin rəhbəri Yuriy Kuçer bildirib ki, işin başında İsrait vətəndaşı dayanıb. O keçən ay həbs olunub.
Kuçer deyir ki, qrup Ukrayna və digər ölkələrdə əsasən böyrək orqanı satanları axtarırmış. Əksəriyyəti gənc kasıb qadın olan donorlara orqan üçün 10 min dollar təklif edilirmiş.

Həkimlər transplantasiyanı Kiyev, Azərbaycan və Ekvadorda aparırmış. Bir cərrahiyyə əməliyyatının qiyməti 200 min dollarmış.

İnsan alverində təqsirləndirilən şəxsləri 15 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG