Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:12

«Qarabağ» Avropa liqasının pley-off mərhələsinə vəsiqə qazandı


Avqustun 5-də Bakıda Ağdamın «Qarabağ» komandası Polşanın «Visla» klubuna 3:2 hesabı ilə qalib gələrək Avropa futbol liqasının pley-off mərhələsinə çıxıb.

Qolları Əfran İsmayılov, Rauf Əliyev və Rəşad Sadiqov vurublar. «Visla»nın heyətində isə Pavel Procek və Rafail Boquşki fərqləniblər.

Bir həftə əvvəl isə «Qarabağ» Krakovda 1:0 hesabı ilə qələbə qazanmışdı.

Bununla da «Qarabağ» Azərbaycanın futbol tarixində Avropa kubokları yarışlarında 3 mərhələni adlayan ilk komanda oldu.

Pley-off mərhələsinin püşkatması avqustun 6-da olacaq. Bu mərhələdə rəqibinə qalib gələn klublar Avropa liqasının qrup yarışlarına vəsiqə qazanacaqlar.

XS
SM
MD
LG