Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:54

Rüşvət və hədiyyə lüğətimizdə bir mənanı bildirir, amma...


Molla Nəsrəddin № 18

Qiyməti 12 qəpik 1906, 4 Avqust


GÖYÇAYDAKI “İKİNCİ DƏMDƏMƏKİ”YƏ

Soruşursan ki, lüğətimizə baxıb “rüşvət” ilə “hədiyyə” – nin mənasını və təfavütünü sənə yazaq. Rüşvət və hədiyyə lüğətimizdə bir mənanı bildirir, amma təfavütü buradadır ki, rüşvəti polisə verirlər, amma hədiyyəni mollalara.


Qafqaz Xəbərləri

NUXU


Əzizim Molla dayı!

Sən hər dərdin davasını bilirsən, hər azara bir dua yazırsan, özün də bilməyəndə bilən adam göstərirsən, biz nuxalıları da dərddən qurtar, bizə bir əlac və yol göstər.

Neyləyək, başımıza nə kül tökək, bir həftədir nə bağa gedə bilirik, nə də dağa. Elə gündə yağış-mağış yağa-yağa durur. Belə də müsibət olar, lap batdıq. Ax keçən günlər.

Sənin canın üçün, molla dayı, gündə gedərdik bağa və dağa, vurardıq asnası, vertuşkanı, furanı. Kef, kef, nə kef!

İndi bizə bir çarə ki yağış kəssin.

Dünən gedib çay qırağındakı cindar Hacı İsmayıldan xəbər aldım yağışı nə cür kəsmək olar? O büzürküvar (dahi) buyurdu: “Qırx keçəlin adını yazıb ağacdan asarsan, yağış kəsər”.

Gəlib Nuxu bazarında dilənən qız və oğlan 39 keçəl tapdım, qırxıncı düzəlmədi. Sən allah, molla dayı, tap mənə bir İslam şəhəri ki, orada qırx keçəl müsəlman tapılsın ki onların adını yazıb ağacdan asam ki yağış kəsə.

Əlbəttə bu doğrudur, buna şəkk eləmək olmaz, çünki o büzürgüvar Hacı cindar dünyada bir şey yoxdur ki bilməsin.

Dərdmənd


BAKI

Əzizim Molla əmi, yazıb məlum edirəm ki, bu gün iyulun 31-də Təbrizdən Badkubəyə varid oldu üç mütrüb, bir də dümbəkçi.

Özləri də sakin olacaqlar Badkubədə Lələyovun karvansarayında, falabaxan Mirzə Düdük Muzğan oğlunun mənzilində.

Əgər Tiflisdə bir toy, yainki (və ya) xeyir iş olsa, yazıb elan edərsiz.

Ziyanavər

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG