Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:28

İşlədiyi ofisdən 80 min manat oğurlayan mühavizəçi yaxalanıb


“Bakıelektrikşəbəkə” ASC-nin Nəsimi rayonundakı ofisindən oğurluq edən şəxs həbs edilib.

Bu barədə APA agentliyi Nəsimi rayon Polis İdarəsinə istinadla xəbər verir.

Mühavizəçi işlədiyi ofisdən 80 min manat oğurlayan 1988-ci il təvəllüdlü Arif Tağıyev Şəkidə gizlənibmiş.

Aparılan əməliyyat tədbirləri nəticəsində o, bu gün tutularaq Bakıya gətirilib.

Arif Tağıyev polisə ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladığı 80 min manatı yaşadığı Xocasən qəsəbəsində, qonşusunun həyətində torpağa basdırdığını deyib.

Axtarış zamanı evin həyətində, toyuq hinində torpağa basdırılmış 80 min manat aşkar edilərək maddi sübut kimi götürülüb.
İstintaq gedir.

Qeyd edək ki, bu cinayət hadisəsi avqustun 1-dən 2-ə keçən gecə “28 May” küçəsində baş verib.
XS
SM
MD
LG