Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:32

Dubaya viza almaq sadələşdiriləcək


Dubay, 6 aprel 2010
Dubay, 6 aprel 2010
Dubaya viza almaq sadələşdiriləcək. Bu barədə Bakıda səfərdə olan Dubay Beynəlxalq Hava Limanının birinci terminalının direktoru Valid Əhməd yeni sistemin təqdimetmə mərasimində danışıb. O deyib ki, Birləşmiş Ərəb Əmirliyinə viza almaq istəyənlər üçün yeni sistem hazırlanıb. Bunlardan biri «Mobile Viza» xidmətidir. İstənilən ölkədən Dubaya viza almaq istəyən şəxs əmirliyin internet saytına girərək e-mail ünvanını və ya telefon nömrəsini daxil edir. Kredit kartı vasitəsi ilə ödəmə həyata keçirdikdən sonra onun elektron poçtuna və ya telefonuna viza nömrəsi göndərilir. Bundan sonra Dubaya gələn şəxs aeroportda həmin mesajı viza bürosuna təqdim edərək həqiqi vizasını alır.

Valid Əhməd daha bir yenilikdən danışıb. Belə ki, Dubaya gələnlər Amer.ae saytı vasitəsi ilə vizasının növünü, onun statusunu yoxlaya bilərlər. Eyni zamanda hava yolu şirkətləri bu resursdan istifadə etməklə sərnişinlərinin vizası barədə məlumat əldə edə bilər.

V. Əhməd onu da vurğulayıb ki, Dubay aeroportunda tətbiq edilən sonuncu yeniliklərdən biri də gözlərin skaner olunması ilə bağlıdır. Bu prosesin müddətinin azaldılması məqsədi ilə gözlərin skanerdən keçirilməsi aeroportda viza verilən məntəqədə aparılacaq.

Əmirlik rəsmisi 18-65 yaş arası, kişi cinsinə mənsub Azərbaycan vətəndaşlarına BƏƏ vizasının verilməsində qeyri-rəsmi qadağalar olmasıyla bağlı məlumata da münasibətini bildirib. Onun sözlərinə görə, problemlə təkcə azərbaycanlılar deyil, digər ölkələrin vətəndaşları da üzləşib və bu, texniki problem səbəbindən yaranıb. Valid Əhməd yaranmış vəziyyətin bir həftəyə qədər aradan qaldırılacağını bildirib.

BƏƏ-nin Ankaradakı səfirliyinin viza xidmətindən isə bir neçə gün əvvəl AzadlıqRadiosuna bildirmişdilər ki, kişilərə viza verilməsi dayandırılmayıb və əgər belə bir hal baş verərsə, bu dövlətlər arasında insident yaradardı.

Azərbaycanın BƏƏ-dəki səfiri Elxan Qəhrəmanov ölkə mətbuatına demişdi ki, yaranmış viza problemiylə bağlı əmirliyin Xarici İşlər Nazirliyinə nota təqdim edib və ona məsələnin yaxın vaxtlarda həll olunacağı bildirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG