Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:42

«Gallup»: Azərbaycanda hər dörd nəfərdən biri ölkədən getmək istəyir


Getmək istəyənlərin sayı Ermənistanda başqa ölkələrdən daha çoxdur
Getmək istəyənlərin sayı Ermənistanda başqa ölkələrdən daha çoxdur
ABŞ-ın sosioloji araşdırmalarla məşğul olan «Gallup» təşkilatının avqustun 5-də yaydığı sorğu nəticələrinə görə, MDB-nin 70 milyon sakini işləmək, ya da oxumaq üçün xarici ölkələrə getmək istəyir. Onların da yarısı birdəfəlik ölkələrindən köçmək istəyirlər.

XARİCDƏ ERMƏNİSTANDAN DAHA ÇOX ERMƏNİ VAR


Birdəfəlik köçmək, yaxud heç olmasa, müvəqqəti iş, ya da təhsil dalınca başqa ölkələrə getmək istəyənlərin sayı Ermənistanda başqa ölkələrdən daha çoxdur. Bu ölkənin xaricdə başqa qonşularından daha çoxsaylı diasporu var. Ehtimallara görə, hazırda xarici ölkələrdə Ermənistanın özündən daha çox erməni yaşayır.

MDB ÖLKƏLƏRİNDƏ MİQRASİYA ARZULARI

Ölkələrİş üçün müvəqqəti başqa ölkəyə getməyi arzulayıram Oxumaq və işləmək üçün müvəqqəti başqa ölkəyə getmək istəyirəm Birdəfəlik başqa ölkələrə köçmək istəyirəm
Ermənistan44% 39% 39%
Moldova53% 30% 36%
Belarus35% 32% 20%
Qırğızıstan34% 32% 18%
Qazaxıstan30% 32% 15%
Ukrayna21% 20% 15%
Gürcüstan*34% 31% 14%
Azərbaycan24% 19% 12%
Rusiya22% 24% 11%
Tacikistan28% 25% 9%
Özbəkistan24% 30% 6%
Türkmənistan*19% 24% 5%

*Gürcüstan artıq MDB üzvlüyündən çıxıb.
*Türkmənistan MDB-nin assosiativ üzvüdür.

HƏR AİLƏDƏN BİR NƏFƏR XARİCDƏ İŞLƏYİR


Ermənistan bu sırada yalnız Moldovadan geridə qalır. Moldovalıların 53%-i imkan düşsə, dərhal ölkəsini tərk edəcəyini deyib. İşsizliyin yüksək səviyyədə olması, xaricdəki yaxınlarının göndərdiyi puldan hədsiz asılılıq Moldova vətəndaşlarını başqa ölkələrə üz tutmağa məcbur edir. Bu ölkədə az qala hər ailədən bir nəfər xarici ölkədə işlədiyini deyib.

Moldovada sorğuya cəlb olunanların 54%-i, Ermənistanda 32%-i, Belorusda 30%-i bildirib ki, əgər köçsələr, başqa ölkələrdə onlara kömək edəcək yaxın adamları var və son bir il ərzində onlardan pul, yaxud hansısa formada yardım
Moldovalıların 53%-i imkan düşsə, dərhal ölkəsini tərk edəcəyini deyir
alırlar.

XARİCDƏ OXUMAĞA VƏ İŞLƏMƏYƏ...

Qafqazdan Mərkəzi Asiyaya qədər olan regionda adamlar xarici ölkələrə oxumağa, ya da işləməyə getməyi birdəfəlik köçməkdən daha üstün tuturlar. Onlar yalnız yemək və yaxşı dolanmaq üçün ölkələrini tərk etmək istəmirlər.

Başqa sözlə, rəyi soruşulanlardan üçdə-ikisi birdəfəlik başqa ölkələrə köçmək istəmədiklərini deyiblər. Başqa ölkəyə gedənlərin də çoxu bildirib ki, təcrübəli və savadlı işçi kimi peşəkarlıqlarını artırandan sonra ölkələrinə dönmək istəyirlər.

«Gallup» bu sorğusunu 2009-cu ildə 15 yaşdan yuxarı olan 13200 adam arasında keçirib. Region ölkələrin hər birindən ən azı min nəfər sorğuya cəlb edilib.

SON 12 AYDA AİLƏNİZ ÖLKƏNİZDƏN KƏNARDA YAŞAYAN BAŞQA BİRİNDƏN PUL, ƏRZAQ, YAXUD BAŞQA FORMADA YARDIM ALIBMI?

Gürcüstan və Türkmənistanla birlikdə MDB ölkələri

Ölkələr
Tacikistan 24%
Moldova 23%
Qırğızıstan 16%
Ermənistan 13%
Gürcüstan 9%
Özbəkistan 7%
Azərbaycan 6%
Qazaxıstan 6%
Belarus 5%
Türkmənistan 4%
Ukrayna 4%
Rusiya 1%
XS
SM
MD
LG