Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:52

Bişkekin ətrafındakı aksiya dağıdılıb


Qırğızıstan müxalifətinin siyasi liderlərindən biri və iş adamı Urmat Barıktobasovun 1000-ə yaxın tərəfdarı bu gün Bişkekdə parlament binasının qarşısında mitinq keçiriblər.

Ölkənin bnu ilin oktyabrına nəzərdə tutulmuş parlament seçkilərinə hazır olmadığını deyən aksiyaçılar, ölkədə seçkilər üçün şəffaf ab-hava yaradılmasını və liderlərinin bu seçkilərə buraxılmasını tələb ediblər.

Aksiyaçılar həmçinin indiki prezident Roza Otunbayevanın onlarla görüşməsini tələb ediblər.

Polis Bişkekdə aksiyaya müdaxilə etməsə də şəhərin ətrafında onlara qoşulmaq istəyən kütləni dağıdıb.

Məlumatlara görə polis Bişkeklə Narın arasındakı yolu bağlamış kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
XS
SM
MD
LG