Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:24

Həbsdəki müxalifətçilər aclığı dayandırıb


Binəqədi müvəqqəti saxlanma təcridxanasında aclıq aksiya keçirən on müxalifətçidən doqquzu aksiyanı dayandırıb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov AzadlıqRadiosuna bildirb ki, o, məlumatı təcridxana rəhbərliyindən alıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə deyir ki, partiya rəhbərliyi saxlanan müxalifətçilərdən aksiyanı dayandırmağı xahiş edib:

«Partiya sədri Əli Kərimli onlara müraciət etmişdi. Yəqin ki, onun müraciətini nəzərə alıblar».

HƏBSXANAYA DAXİL OLAN MÜLKİ ŞƏXS KİMDİR?


Elçin Behbudov yalnız Fikrət Cəfərovun aclığı dayandırmadığını bildirir. Aclıq aksiyası keçirmiş müxalifətçilər iddia edirlər ki, onlar təcridxanaya gətirildikləri günün səhəri içəri bir mülki geyimli şəxs girib və onları nalayiq ifadələrlə təhqir edib. Elçin Behbudov həmin şəxsin kimliyini müəyyənləşdirəcəklərini deyir.

«Mən təxmin edirəm onun kimliyini. Hər halda tam əmin olmamış adını açıqlamaq istəmirəm».

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən isə deyilənləri təkzib ediblər. Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov təcridxanaya mülki geyimli şəxs kimi yalnız müstəntiqin girə biləcəyini deyib və qeyd edib ki, müxalifətçilərin aclıq aksiyası keçirməsi onların özlərini gündəmdə saxlamasından başqa bir şey deyil.

Binəqədi müvəqqəti saxlanma təcridxanasında saxlanılan şəxslər iyulun 31-də müxalifət partiyalarının paytaxt Bakıda keçirdikləri etiraz aksiyasında saxlanılıblar və on günlük həbs ediliblər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG