Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:09

ABŞ Dövlət Katibinin müavini Metyu Brayzanın təyin olunacağına ümid edir


ABŞ Dövlət Katibinin müavini Filip Krouli avqusutun 4-də keçirdiyi ənənəvi brifinqdə ABŞ-ın Suriya və Dominikan Respublikasındakı səfiri vəzifəsinə irəli sürülmüş namizədlərin hələlik təsdiqlənmədiyini xatırladıb. Krouli əlavə edib ki, “ümid edirik ki, bir çox təyinatlar təsdiq olunacaq, o cümlədən Bağdada təyin olunacaq Cim Cefri və Metyu Brayza”.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə prezident Barak Obamanın irəli sürdüyü namizəd Metyu Brayza ilə bağlı səsverməni təxirə salıb.

Komitənin sədri, senator Con Kerri deyib ki, Brayzanın namizədliyi ilə bağlı səsvermə Amerikadakı erməni icmasının maraqlarını təmsil edən senator Barbara Bokserin müraciəti əsasında Konqresin avqust fasiləsindən sonra keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG