Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:15

Köçkünlərin yataqxanasında yanğın olub


Bakıda Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın olub. Hadisə avqustun 4-dən 5-ə keçən gecə Zahid Xəlilov keçəsi 54 ünvanında qeydə alınıb. Yanğın zamanı bəzi sakinlər özlərini yaşadıqları mənzillərdən aşağı atıblar. Nəticədə xeyli adam xəsarət alıb.

Yasamal rayon Təcilli Tibbi Yardım Stansiyasından bildiriblər ki, xəsarət alanların çoxuna hadisə yerində tibbi yardım göstərilib. Aralarında azyaşlı uşaqlar olan 4 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG