Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

Qanunsuz yolla hazırlanmış spirtli içkilər aşkar olunub


Gəncədə tanınmış brendlər adı altında qanunsuz yolla hazırlanmış spirtli içkilər aşkar olunub. Məlumatı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarət İdarəsinin rəis müavini Qasım Hüseynov verib. Onun sözlərinə görə, müayinə zamanı məlum olub ki, bu içkilərdə görmə qabiliyyəti üçün zərərli olan sivuş yağları həddindən artıqdır.

Bu içkilərin satışına qadağa qoyulub. Onların istehsalçısının axtarılıb tapılması barədə hüquq mühafizə orqanlarına müraciət edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG