Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:56

İsmayıllıda yanğının qarşısını almaq hələ ki,mümkün olmayıb


İsmayıllının Talıstan kəndində meşə yanır. APA agentliyinin FHN-in İsmayıllı rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadla verdiyi məlumata görə, dünən saat 16:42 radələrində başlayan yanğın getdikcə daha geniş ərazini əhatə edib.

Hadisə yerinə İsmayıllı, Ağsu, Şamaxı və Qəbələ rayon yanğından mühafizə hissələrinin, FHN-nin Şimal-Qərb Regional Mərkəzinin və mülki müdafiə qoşunlarının 300-ə yaxın şəxsi heyəti və texnikaları, hübelə bir vertolyot cəlb olunub.

Yanğın əsasən Talıstan kəndinin şimalındakı yüksək dağları və sıldırım qayalardakı meşə zolaqlarını əhatə etdiyindən alovun qarşısını almaq çətinləşib.

Son məlumata görə 5 hektara yaxın meşə sahəsi yanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG