Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:10

«BlackBerry» telefonlarına senzura istəyənlərin sayı artır


Hökumətlər vətəndaşların «BlackBerry» ilə bir-birinə nə yazdıqlarına nəzarət edə bilmirlər

Hökumətlər vətəndaşların «BlackBerry» ilə bir-birinə nə yazdıqlarına nəzarət edə bilmirlər

Avqustun 1-də Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) elan etdi ki, oktyabrın 1-dən artıq «BlackBerry» telefonlarının bir çox xidmətləri dayandırılır. Bu qərar hətta əlində həmin telefon aparatı olan qonaqlara da şamil ediləcək. Ərəb Əmirlikləri öz qərarını bununla izah edirdi ki, həmin telefonlar ölkədən kənarda birbaşa kompyuterlərlə bağlanır. Ona görə «BlackBerry» telefonları ilə kimin nə iş gördüyünə nəzarət etmək, bu yolla qanunsuz işlərin həyata keçirilməsinin qarşısını almaq mümkün olmur.

Məsələ burasındadır ki, Kanadanın «Research in Motion» - RIM şirkətinin istehsal etdiyi bu mobil telefon aparatları elektron poçtların və başqa məlumatların kənar müdaxilələr olmadan təhlükəsiz çatdırılmasına imkan verir. İndi bəzi hökumətlər əllərində «BlackBerry» olan vətəndaşların bir-birinə nə yazdıqlarına nəzarət edə bilmədiklərindən bu telefonların bəzi xidmətlərinə son qoyurlar.

Birləşmiş Ərəb Əmirliklərinin ardınca Səudiyyə Ərəbistanı da eyni qərarı verdi. Amma Səudiyyə qərarını daha tez – avqustun 6-dan icra etməyə başlayacaq.
Avqustun 4-də Hindistan da həmin ölkələrin sırasına qoşulub. Bu ölkə «BlackBerry»nin istehsalçısı olan RIM şirkətinə müraciət edərək bildirib ki, həmin telefonların təhlükəsiz kommunikasiya xidmətlərindən radikal qruplar və cinayətkarlar da öz məqsədləri üçün istifadə
Qadın Dubayda «BlackBerry» telefonu ilə danışır
edirlər.

AMMA RIM BU TƏLƏBİ QƏTİYYƏTLƏ RƏDD EDİR

Şirkətin sözçüsü Satchit Gayakwad bildirib ki, onlar müştərilərinin elektron poçtlarının gizliliyinin qorunması sahəsində heç bir güzəştə gedə bilməzlər. O, deyib ki, şirkət hökumətlərin tənzimləmə siyasətlərinə hörmətlə yanaşsa da, öz müştərilərinin şəxsi məlumatlarının qorunması kimi ehtiyaclarını nəzərə almalıdır.

ABŞ-dakı təhlilçilərdən Charles Golvin hesab edir ki, RIM öz mövqeyində dayanmaq məcburiyyətindədir. Çünki «BlackBerry»ni iş adamları arasında populyar edən məhz onunla məlumatların ötürülməsinə kənardan müdaxilə və nəzarətin mümkün olmamasıdır:

«Heç ağlım kəsmir ki, şirkət öz prinsiplərində güzəştə gedəcək. Məlumatların təhlükəsiz ötürülməsi «BlackBerry»nin ən əsas üstünlüyüdür. Məncə, onlar bu prinsipin üstündə dayanmalıdırlar».

Əlbəttə, tənqidçilər deyirlər ki, mühafizəkar Yaxın Şərq ölkələri yerli siyasi rəqiblərinin, dissidentlərin «BlackBerry» ilə nələr yazdıqlarını görə bilmədikləri üçün bu addımı atırlar.

HYUMAN RAYTS VOTÇ TƏŞKİLATI HƏYƏCAN TƏBİLİ ÇALIR

RIM şirkəti fikir ayrılıqlarından qorxmur. Əksinə, sevinir
Hyuman Rayts Votç insan haqları təşkilatı həyəcan təbili çalaraq bildirib ki, avtoritar hökumətlər təhlükəsizlik adı ilə «BlackBerry» ilə ötürülən informasiyalara nəzarət imkanı qazansalar, bundan özlərinin siyasi rəqiblərinə qarşı da istifadə edəcəklər.

ABŞ Dövlət Departamentinin sözçüsü Filip Krovli isə «BlackBerry» telefonlarının problemini informasiya azadlığının boğulması kimi qiymətləndirib. O, avqustun 2-də jurnalistlərin suallarına cavabında Birləşmiş Ərəb Əmirliklərinin qərarından məyus olduğunu deyib:

«Biz bunu demokratiya, insan haqları, informasiya azadlığının əsas elementi, 21-ci əsrdə informasiya axının təminatçısı kimi görürük».

Kanadanın RIM şirkətinin texniki direktoru David Yach isə bildirir ki, onlar fikir ayrılıqlarından qorxmurlar. Əksinə, «BlackBerry» telefon aparatlarının təhlükəsizlik sisteminin yaxşı işlədiyini gördükləri üçün sevinirlər, çünki müştəriləri məhz bu etibarlı mühafizəyə görə onlara etibar edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG