Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:04

ABŞ Yaponiyanı İrana qarşı sərt tədbirlər görməyə çağırıb


Birləşmiş Ştatlar Yaponiyanı Avropa Birliyinin ardınca İrana qarşı əlavə sanksiyalar tətbiq eləməyə çağırıb.

Yaponiya BMT-nin son qətnaməsi çərçivəsində İrana qarşı yeni sanksiyalar qəbul edib və ayın sonunda əlavə kəskin tədbirlər görməyi planlaşdırır.

ABŞ Dövlət Departamentinin nüvə silahlarının yayılmaması və silahlara nəzarət üzrə müşaviri Robert Eynhorn Tokioda səfərdə olarkən deyib ki, bu sanksiyaların həyata keçirilməsi Yaponiya iqtisadiyyatına təsir etməyəcək.

BMT-nin təhlükəsizlik şurası iyunda İrana qarşı yeni sanksiyalar tətbiq edib.
Bu sayca 4-cü sanskiyadır.

Beynəlxalq aləm ehtiyat edir ki, İran uran zənginləşdirilməsindən nüvə silahının istehsalında da istifadə edə bilər.
Tehran ittihamı rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG