Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Pənah Hüseynin nazirliyə qarşı iddiası təmin edildi


Avqustun 4-də Bakı Apelyasiya Məhkəməsi Millət vəkili Pənah Hüseynin Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinə qarşı iddiasını təmin edib.

Bir müddət əvvəl Pənah Hüseyn nazirliyə müraciət edib deputat seçildiyi Sabirabad rayonunda ünvanlı sosial yardım alan adamların adlarını istəmişdi. Nazirliyin cavabı deputatı qane etməmişdi.

Pənah Hüseynin nazirliyə qarşı iddiasını Yasamal rayon məhkəməsi rədd etmişdi.

Amma avqustun 4-də Bakı Apelyasiya Məhkəməsi Yasamal rayon məhkəməsinin qətnaməsini ləğv edib və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sorğuya cavab verməli olduğu barədə qətnamə çıxarıb.

“Hesab edirəm bu çox ciddi bir məsələdir və nəhayət ki, biz ünvanlı sosial yardım alanlarının adlarını ala biləcəyik”.

Pənah Hüseyn deyir ki, onun məhkəməyə müraciət etməsinə səbəb ünvanlı sosial yardımlara görə büdcədən ayrılan 200 milyon manata yaxın vəsaitin yarısının mənimsənilməsi, hətta ölmüş və ya ölkədə olmayan adamların adına yazılması ilə bağlı məlumatların yayılması olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində isə bildirilər ki, adamların adbaad adlarının açıqlanması yardım alan vətəndaşların bunu istəməməsilə bağlıdır:

Yardımların mənimsənilməsini isə nazirlik qəti təkzib edir.

Azərbaycanda ünvanlı sosial yardımların verilməsinə 2006-cı ilin yayından başlanıb. Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 800 min nəfərə yaxındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG