Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:45

Cənub rayonlarında yanğın olub


Cəlilabad rayonunun Dələli kəndində sərhəd zolağı ərazisində güclü yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın 100 hektar ərazini əhatə edib. Quru otlaq sahədə baş verən yanğını ötən gecə saat 23.20-də yanğınsöndürənlər söndürüb.

Dünən gecə Lənkəran və Lerik rayonlarının dağlıq ərazilərində meşə yanğınları olub. Yanğının daha geniş ərazilərə keçməsinin qarşısı alınıb.

XS
SM
MD
LG