Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:15

Çində uşaq bağçasına növbəti hücum olub, ölənlər var


Çinin Tszıbao şəhərində uşaq bağçasına hücum olub. 3 uşaq və 1 tərbiyəçi öldürülüb. 2 uşaq ağır yaralanıb. Onlar xəstəxanaya çatdırılıb.

Associated Press agentliyinin xəbərinə görə, 20 uşaq və tərbiyəçinin olduğu bağçaya bıçaqla silahlanmış kişi hücum edib.

Hücumun səbəbləri məlum deyil.

Bu yaz Çində uşaq bağçaları və məktəblərə, adamların toplaşdığı yerlərə bir neçə hücum olub. Həmin hadisələr nəticəsində 17 uşaq ölüb, onlarla adam yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG