Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:15

Metyu Brayza ilə bağlı səsvermə təxirə salınıb


ABŞ Senatının Xarici Əlaqələr Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə Prezident Barak Obamanın irəli sürdüyü namizəd Metyu Brayza ilə bağlı səsverməni təxirə salıb.

Komitənin sədri, senator Con Kerri deyib ki, Brayzanın namizədliyi ilə bağlı səsvermə Amerikadakı erməni icmasının maraqlarını təmsil edən senator Barbara Bokserin müraciəti əsasında Konqresin avqust fasiləsindən sonra keçiriləcək.

Metyu Brayza keçmiş prezident Corc Buşun hakimiyyətində dövlət katibi müavininin köməkçisi işlərkən və Minsk qrupunun həmsədri olarkən onun Dağlıq Qarabağ münaqişəsi, Ermənistanla Azərbaycanın digər mübahisələrində tutduğu mövqe Senat üzvlərində suallar yaradıb.

Senator Barbara Bokser Xarici əlaqələr komitəsinin iyul ayında keçirdiyi iclasda Metyu Brayzaya ABŞ-da yaşayan ermənilərin qayğılarını əks etdirən israrlı suallar vermişdi.

Metyu Brayzanın Azərbaycana səfir təyin olunmasının əleyhinə çıxanlar onu səfir postuna uyğun olmayan şəxs adlandırıblar.

XS
SM
MD
LG