Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:57

Dövlət Bayrağı meydanında tikintinin tamamlanmasına daha 10 milyon manat ayrıldı


Azərbaycan prezidenti İlham Əliyev Bakı şəhərində yerləşən Dövlət Bayrağı meydanında tikinti işlərinin tamamlanması ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, Dövlət Bayrağı Meydanında başa çatdırılan tikinti-quraşdırma və abadlaşdırma işlərinin tamamlanması üçün 2010-cu il dövlət büdcəsindən nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat vəsait ayrılıb.

Sərəncamda Maliyyə Nazirliyinə nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsi tapşırılır.
XS
SM
MD
LG