Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:33

İran daş-qalaq edilməklə edam cəzası alan qadını Braziliyaya sığınmağa qoymadı


Tehran Braziliya prezidentinin ölümə məhkum edilən Səkinə Aştiyaniyə öz ölkəsində sığınacaq vermək təklifini rədd eləyir.

İran Xarici İşlər nazirliyini sözçüsü Ramin Mehmanpərəst Braziliya prezidenti Luis İnasio Lula da Silvanın təklifini qəbul etmədiklərini deyib. əlavə edib ki, Braziliya prezidenti humanist və həssas insane olduğu üçün bunu təklif edib, amma Aştiyaninin işini təfərrüatları ilə bilsəydi, bu təklifi etməzdi.

Səkinə Məhəmmədi Aştiyani 5 ildir ki, Təbriz həbsxanasında saxlanılır. Onu ərinə xəyanətdə ittiham ediblər və daşqalaq edilməklə edam cəzası alıb. Aştiyani ittihamları qəbul etmir.
XS
SM
MD
LG