Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

Azərbaycan vertolyotu Rusiya meşələrində yanğın söndürəcək


Rusiyadakı meşə yanğınlarının söndürülməsinə Azərbaycandan iki yanğınsöndürən vertolyot cəlb olunacaq. Bu barədə Rusiyanın İTAR-TASS agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bu barədə Rusiya prezidenti Dmitri Medvedyev ölkəsinin Fövqəladə Hallar Nazirinə göstəriş verib.

Rusiya FHN Sergey Şoyqu prezident Dmitri Medvedevlə görüşdə başqa ölkələrdən də yardım təklif olunduğunu bildirib. Nazir Azərbaycanla Ukraynanın yardımlarını qəbul etməyi məsləhət görüb. Ukrayna da Rusiyaya iki AN-32 təyyarəsi göndərməyə hazır olduğunu bildirib. Sergey Şoyqu bildirib ki, Azərbaycan həmin vertolyotları iki il əvvəl Rusiyadan alıb və onları yanğınların söndürülməsinə göndərməyə hazırdır.

Bundan sonra prezident D. Medvedev iki ölkə aviatexnikasınını yanğınların söndürülməsinə cəlb edilməsilə bağlı sənəd imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG