Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57
Avqustun 3-də CanAzTV-nin («Can Azərbaycan» TV) rəhbərliyi Bakıda mətbuat konfransı keçirib. Peyklə yayımlanmaq arzusunu gerçəkləşdirmək istəyən CanAzTV üstəlik, özünə Baş direktor da seçib. Bu, əməkdar jurnalist Ramiz Əskərdir. Ramiz bəylə qısa söhbəti sizin də nəzərinizə çatdırırıq.

- Ramiz bəy, mətbuat konfransı keçirməkdə məqsəd nə idi?

- «Trend» İnformasiya Mərkəzində «CanAzTV-ni göyə qaldıraq» devizi altında bir görüş keçirdik. Həmin görüşə CanAzTV-nin təsisçisi, İzmirdə yaşayan soydaşımız Camal Məmmədxanoğlu da təşrif buyurmuşdu. Media nümayəndələri də dəvətliydi. CanAzTV-nin ilin sonuna kimi peyklə («TürkSat»la) yayımının təşkil edilməsiylə bağlı fikirlərimizi açıqladıq. Dedik ki, dünyada təxminən 50 milyon azərbaycanlı yaşayır. Onlardan yalnız 9 milyonu müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Bugünkü siyasi sərhədlərimizin kənarında qalan, tarixi Azərbaycan torpaqlarında, həmçinin başqa ölkələrdə yaşayan həmvətənlərimizin ana Vətənlə əlaqələrini qüvvətləndirmək lazımdır. Soydaşlarımız arasında həmrəyliyi möhkəmləndirmək, onları milli ideya ətrafında birləşdirmək lazımdır. Xaricdə qurulmuş diaspor təşkilatlarının, cəmiyyətlərin, ocaqların, qəzetlərin və s. fəaliyyətləri dəstəklənməli, əlaqələndirilməlidir. Bu məsələ Türkiyə üçün də keçərlidir. Orada 3 milyon azərbaycanlı yaşayır. Bizim soydaşımız Camal Məmmədxanoğlu da İzmirdə Azərbaycan Kültür Mərkəzi qurub. 1995-97-ci illərdə «Azərbaycan-FM» radiosu açıb. Bu ilin fevralında CanAzTV-ni qurub, internet vasitəsilə yayım yapır. Ancaq bu da azlıq edir. Dediyimiz məsələləri əhatə edən, peyk vasitəsilə yayım yapan bir TV-yə ehtiyacımız var.

- İnternetdə CanAzTV-nin nə qədər izləyicisi var?


- Camal bəyin dediyinə görə, 55 minə çatıb. Onların arasında müxtəlif peşə sahibləri var. Onların köməyi ilə ilin sonuna qədər bu televiziyanı «Türksat»da efirə çıxarmalıyıq. Bu məsələni açıqladı, hamıdan dəstək istədi. Çıxışçılar da dəstək sözü verdilər.

- Dəstək nədən ibarət olacaq?

- Camal bəy bunu bir şirkət halına gətirmək istəyir. Şirkətdə istəyən payçı olsun. Aksiyalar olsun. İndi bu anda 500 min dollar lazımdır, daha yaxşı bir televiziya üçün isə 5 milyon. Ola bilər ki 5 milyonluq bir televiziya qurulsun, onun aksiyalarını alsınlar. Əlbəttə, o, bəlkə də bir neçə il gəlir gətirməyəcək. Sonra isə reklam olar, artıq gəliri ola bilər, genişlənər, türk dünyasının hər tərəfində ofis açar, xalqa, millətə xidmət edər və 50 milyonun televiziyası olar.

- Ramiz bəy, bütün bunlar real ola bilərmi?


- Prinsipcə, efirə çıxsa, qalanı realdır. Efirə çıxmaq üçün isə 500 min dollar pul lazımdır...

- 500 min dollar elə də əlçatan məbləğ deyil.

- Vallah, dediyim kimi, bir az aksiyaçılar kömək edər. 500 min nə puldur ki? Bizdə elə varlı adamlar var ki, bu məbləği bir gündə xərcləyirlər. Elədirmi? (Gülüşmə)

- Bəlkə də elədir...

- Camal bəy də dövlətdən, rəsmi qurumlardan yardım istəmir. Müstəqil olmaq fikrindədir. Bütün siyasi partiyalar mənimdir, müxalifət də mənimdir, iqtidar da. Amma mən heç kiminəm—deyir. Azərbaycana xidmət edirəm.

- Mətbuat konfransında daha nələr danışıldı?


- Daha sonra TV-nin baş direktora ehtiyacı olduğu bildirildi və bu vəzifə mənə həvalə olundu. Mən də növbəti ictimai əsaslarla bir işi boynuma götürdüm. Ankarada Avrasiya Tərcüməçilər Birliyinin rəhbəriyəm. CanAzTV-nin də baş direktoru oldum. Gərək işləyək.

Şərhləri göstər

XS
SM
MD
LG