Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:11

Soljenitsının ölümündən iki il keçdi


Soljenitsın QULAQda
Soljenitsın QULAQda
Avqustun 3-də Moskvada tanınmış rus yazıçısı Aleksandr Soljenitsının ölümündən 2 il keçməsi ilə bağlı anım mərasimi keçirilib.

Anım mərasimi yazıçının dəfn olunduğu Don monastrı qəbiristanlığında təşkil edilib.

Yazıçının həyat yoldaşı Natalya Soljenitsına İTAR-TASS-a deyib ki, Soljenitsının 30 cildlik əsərlərinin buraxılışı davam edir, o, çapa növbəti kitabları hazırlayır.

Soljenitsın hələ 2-ci dünya müharibəsi zamanı sovet rejiminə tənqidi yanaşmağa başlamışdı. Sovet diktatoru Stalini tənqid etdiyi üçün 1945-ci ildə həbs edilmiş və sürgünə göndərilmişdi.

1950-ci illərdə azadlığa çıxan Soljenitsın kommunizm ideyalarından tam uzaqlaşır və millətçi-demokratik dəyərlərə meyllənir.

1960-cı illərdən bu onun bədii yaradıcılığında da özünü göstərir.

KQB-nin daim izlədiyi və arxivini müsadirə etdiyi Soljenitsın sovet ideologiyasının yalanlarını ifşa edən əsərlər yazmaqda davam edir.

1970-ci ildə ona Ədəbiyyat üzrə Nobel mükafatı verilir. 1974-cü ildə “QULAQ arxipelaqı” əsərinə görə vətənə xəyanətdə ittiham edilir, sovet vətəndaşlığından məhrum edilir və SSRİ-dən qovulur.

"Perestroyka" dövründə yazıçıya münasibət dəyişir, “QULAQ arxipelaqı” əsərinə görə 1990-cı ildə ona dövlət mükafatı verilir.

Mühacirət həyatı 1994-cü ilə qədər davam edir.

Həmin il Rusiyaya qayıdan Soljenitsına dövlət tərəfindən bağ da verilir.

Yazıçı 2008-ci ilin 3 avqustunda – 90 yaşında ürək çatışmazlığından vəfat edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG