Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:35

Mitinqdə həbs olunanlar aclığa başlayıblar


Müxalifətin iyulun 31-də keçirdiyi mitinqdə həbs olunanlar avqustun 3-də Binəqədi müvəqqəti saxlanma təcridxanasında aclığa başlayıblar. Bu haqda AzadlıqRadiosuna Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, avqustun 2-də bir neçə mülki geyimli şəxs müxalifətçilərin saxlandığı kameraya girərək onları təhqir edib. Buna etiraz olaraq orda saxlananlar aclığa başlayıblar.

DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyilənləri təkzib edir. O saxlananların təhqir olunmasına əsas görmür. Hesab edir ki, bu müxalifətçilərin özlərini gündəmdə saxlamaq istəyi ilə bağlıdır.

Müxalifətin iyulun 31-də keçirdiyi mitinqində 10 nəfər həbs olunmuşdu.

XS
SM
MD
LG