Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:15

Bakı İstintaq Təcridxanasında intihar olub


Avqustun 3-ü gecə saatlarında Bakı İstintaq Təcridxanasında intihar olub. Narkotik vasitələrdən istifadə etməkdə təqsirləndirilən 41 yaşlı Alim İsmayılov özünü kamerada asaraq öldürüb. İntiharın səbəbləri məlum deyil.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsi mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Araşdırma aparılır.

XS
SM
MD
LG