Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:37
«Azadlıq» qəzeti avqustun 3-də işıq üzü görməyib. Səbəb qəzetin çap olunduğu «Azərbaycan» nəşriyyatına borclu olmasıdır. Belə ki, ötən gün nəşriyyat rəhbərliyi 15-ə yaxın borclu qəzetə xəbərdarlıq edib ki, qısa zamanda borclarını ödəsinlər, əks halda nəşriyyat həmin qəzetlərin çapından imtina edəcək.

Həmin xəbərdarlıqdan sonra borclu qəzetlərin əməkdaşları da redaksiyaya və ümumiyyətlə nəşriyyat binasına buraxılmayıblar.

Qəzetin baş redaktoru Qənimət Zahid AzadlıqRadiosuna deyib ki, nəşriyyata 16 min manat borclarını qəbul edirlər, amma onu hissə-hissə ödəmək istəyirlər. Hələ ki, qəzetlə nəşriyyat arasında danışıqlar davam edir.

Baş redaktor borcların indi istənilməsini təsadüf saymır. Deyir, mətbuat günündə qəzetlərə ayrılan 20 min manatı əsas götürən nəşriyyat rəhbərliyi həmin vəsait hesabına borcların tam bağlanmasını istəyir.

Nəşriyyat direktorunun müavini Bəsti İsmayılova isə AzadlıqRadiosuna deyib ki, borclar ödənməlidir və yalnız bundan sonra borclu qəzetlərin problemləri həll oluna bilər.

Direktor müavini bildirib ki, qəzetlər nəşriyyata borclu olduğu kimi nəşriyyatın da xeyli borcları var. Bu baxımdan da nəşriyyat qəzetlərdən öz pulunu istəyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG