Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:45

“Azadlıq” qəzeti çıxmayıb


Avqustun 3-də “Azadlıq” qəzeti işıq üzü görməyib. Səbəb qəzetin çap olunduğu “Azərbaycan” nəşriyyatına borclu olmasıdır.

Avqustun 2-də nəşriyyat rəhbərliyi 15-ə yaxın borclu qəzetə borclarını ödəməsi haqqında xəbərdarlıq etmişdi. Həmin xəbərdarlıqdan sonra borclu qəzetlərin əməkdaşları nəşriyyat binasına buraxılmayıblar. Elə bu səbəbdən də “Azadlıq” qəzeti çap oluna bilməyib.

Qəzetin baş redaktoru Qənimət Zahid AzadlıqRadiosuna deyib ki, qəzetin nəşriyyata 16 min manat borcunu qəbul edir. Ancaq onlar bu borcun hamısını birdən yox, hissə-hissə ödəmək istəyirlər. Baş redaktor borcların indi istənilməsini təsadüf saymır. Deyir ki, mətbuat günündə qəzetlərə ayrılan 20 min manatı əsas götürən nəşriyyat rəhbərliyi həmin vəsait hesabına borcların tam bağlanmasını istəyir.

Nəşriyyat direktorunun müavini Bəsti İsmayılova isə AzadlıqRadiosuna deyib ki, borclar ödənməlidir və yalnız bundan sonra borclu qəzetlərin problemləri həll oluna bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG