Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:27

BMT 10 talibançını terrorçular siyahısından çıxartdı


Avqustun 2-də BMT-dən verilən məlumata görə Talibanın 10, Əl-Kaidə və başqa yaraqlı qrupların isə birlikdə 35 üzvünün adı təşkilatın terrorçular siyahısından çıxarılıb.

BMT-nin Təhlükəsizlik Şurasında müvafiq komissiyanın rəhbəri Tomas Mayr-Harting bildirib ki, 488 nəfərin adı olan həmin “qara siyahı” bir daha ətraflı nəzərdən keçirilib. Həmin adamların adları çıxarıldıqdan sonra siyahıda hələ də 443 nəfərin adı qalır. Onların da 132 nəfəri Taliban, 311 nəfəri Əl-Kaidə təşkilatının üzvləridir.

Adı BMT-nin həmin siyahısında olan adamların əmlakları dondurulur və onların səyahətlərinə qadağalar tətbiq edilir.

Əfqanıstan prezidenti Həmid Karzayi özünün milli barışıq planlarının həyata keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasından Talibanın bəzi nümayəndələrinin adlarını terrorçuların qara siyahısından çıxarmağı xahiş etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG