Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:59

Döyülən jurnalistlər ekspertizadan keçiblər


İyulun 28-də Şüvəlanda məmurlardan birinə məxsus olduğu bildirilən mülkü çəkərkən fiziki zorakılığa məruz qalan «Yeni Müsavat» qəzetinin reportyoru Elmin Bədəlov və «Milli Yol» qəzetinin əməkdaşı Anar Cəraylı avqustun 1-də Xəzər Rayon Polis İdarəsində olublar. Onlar hadisə zamanı aldıqları xəsarətlərin qeydə alınması ilə bağlı tibbi ekspertizadan keçiblər.

Elmin Bədəlov: «Burun və başda olan zədələrimin dərəcəsini müəyyən etmək üçün ekspertizadan keçdim. Həkimin yazdığı arayış məhkəmə tibbi ekspertizasına göndərildi».

Reportyorların sözlərinə görə, polis idarəsində işi aparan müstəntiq yenidən onlardan baş verən hadisəylə bağlı geniş izahat alıb. Reportyorlar iddia edirlər ki, şəklini çəkdikləri imarət Nəqliyyat Naziri Ziya Məmmədova məxsusdur və onları da döyənlər həmin mülkün mühafizəçiləri olub.

İyulun 28-də «Yeni Müsavat» qəzetinin reportyoru Elmin Bədəlovla «Milli Yol» qəzetinin əməkdaşı Anar Gəraylı Şüvəlandakı «varlılar məhəlləsi» deyilən ərazidə birgə reportaj hazırlayarkən döyülüblər.

Jurnalistlərin dediyinə görə, mobil telefonları əllərindən alınaraq onlara üç saata yaxın işgəncə veriblər. «Yeni Müsavat» qəzetinə məxsus fotoaparatın kartı sındırılıb. Elmin Bədəlova müxtəlif dərəcəli xəsarətlər yetirilib.

Hadisə ilə bağlı qəzetin baş redaktoru Mətbuat Şurasının sədri Əflatun Amaşova və daxili işlər naziri Ramil Usubova müraciət edib. Nazir Ramil Usubov məsələni diqqətdə saxlayacağını bildirib.

Müxbir Elmin Bədəlovun səhhəti hələ də problemlərin olduğu bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG